Məxfilik siyasəti

Məxfilik siyasəti

Şirkət istənilən vaxt istifadəçilərin daxil etdiyi şəxsi məlumatları icazəsiz müdaxilələrdən müdafiə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə Məxfilik siyasətinə dəyişiklik etmək hüququnu özündə saxlayır.



Hansı məlumatları toplayırıq və onları necə istifadə edirik?

Hər dəfə istifadəçilər öz məlumatlarını saytda qeyd etdikdə, elektron məktub vasitəsilə bizə göndərdikdə və ya şəxsən bildirdikdə, şirkət istifadəçilərin məlumatlarını toplayır. Öz şəxsi məlumatlarını bizə ötürərkən , Siz aşağıda göstərilən şərtlərlə razılaşırsınız. Qüvvədə olan qanunvericiliyə və "Merkezbazar" şirkətinin məxfi məlumatların müdafiəsi siyasətinə əsasən, Siz istədiyiniz vaxt şəxsi məlumatlarınızı dəyişə və yeniləyə, həmçinin onların silinməsini tələb edə bilərsiniz.



Saytdan istifadə zamani Siz aşağıdakı məlumatları təqdim edə bilərsiniz:

1. Ad, Soyad, Ata adi;

2. Şəxsiyyət vəsiqəsində qeyd edilən mılumatlar;

3. Əlaqə nömrəniz və elektron poçt ünvanı;

4.Şirkət xidmətlərindən istifadə edərkən Saytda qeydiyyatdan keçirdiyiniz "İstifadəçi adı" və "Parol";

5. Sizin sifarişi çatdırılma ünvanı haqqında məlumat;

6. Doğum tarixiniz;

7. Cinsiniz;



Həmçinin şirkət bəzi göstərilən statik məumatları toplayır:

1. İstifadəçinin IP-ünvanı;

2. İstifadə etdiyiniz brauzerin növü;

3. Daxilolmaların sayı, zamanı və tarixi;

4. Saytda keçid etdiyi mənbə;

5. Coğrafi yerləşmə haqqında məlumatlar;

6. Daxil olduğunuz səhifələr və baxdığınız reklam bannerləri haqqında məlumatlar;

7. Brauzerin təqdim etdiyi məlumatlar ( brauzerin versiyası və növü, istifadə etdiyiniz cihaz növü, əməliyyat sistemi və s.)



Bizim zəmanətlərimiz

"Merkezbazar" öz müştərilərinin məxfilik məsələlərinə məsuliyyətlə yanaşır və saytın hər bir istifadəçisinin məxfilik hüququna hörmətlə yanaşır.

Biz zəmanət veririk ki, sizin bizə etibar etdiyiniz hər hansı biz məlumat sizin razılığınız olmadan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində qeyd olunan hallar istisna olmaqla, heç bir halda üçüncü şəxsə ötürülməyəcək.

Şirkətimiz zəmanət veririk ki, istifadəçilərin şəxsi məlumatları mövcud qanunvericiliyə uyğun şəkildə istifadə olunacaq.